Azərbaycan millisində oynamış futbolçu yenidən legioner həyatı yaşaya bilər

13:12 - 27 Noyabr 2022

"Sumqayıt"ın yollarını ayırdığı Araz Abdullayevin karyerasına harada davam edəcəyi hələ ki, dəqiqləşməyib.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin sabiq üzvünün seçim etməsi üçün bir neçə variantı var. 

Premyer Liqada mübarizə aparan "Kəpəz" Abdullayevi heyətinə qatmaq istəyir. Bununla yanaşı Araz yenidən legioner həyatı yaşaya bilər. Belə ki, onun Kiprə yollanmaq ehtimalı var. Futbolçunun hansı varianta üstünlük verəcəyi qışda dəqiqləşəcək.

​Xatırladaq ki, 30 yaşlı yarımmüdafiəçi Kiprdə “Anortosis” və “Etnikos”da oynayıb. Həftəiçi baş məşqçinin istəyi ilə Abdullayevlə yollar ayrılmışdı.

Xəbər xətti