Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasında oynamış Sərhat Taşdemir Sportal.az saytına açıqlama verib. Hazırda İngiltərə aşağı liqasında yarışan "Bakston"da oynayan yarımmüdafiəçi Azərbaycanın əsas millisində oynamaq istədiyini bildirib:
"İngiltərədə işlərimin daha yaxşı olmasına çalışıram. Azərbaycan millisində oynamaq istəyərdim. Təbii ki, bunlar gələcəyin işidir. Necə olacağını zaman göstərəcək".
Taşdemir "Qarabağ"ın formasını geyinmək istədiyini də gizlətməyib: "Azərbaycanda da oynamaq imkanım yarana bilər. "Qarabağ"ın avrokuboklardakı çıxışını hər zaman izləyirəm. Bu komandada oynamaq istəyərəm".
"Blekbern" yetirməsi olan Serhat "Peterboro", "Oldham", "Barnet", "Fayld" klublarında oynayıb. O, 2019-cu ildə Azərbaycanın U-19 yığmasında üç matçda meydana çıxmışdı.
Mirbağırağa