Türkiyə millisinin daha bir üzvü "Roma"da oynamağa yaxındır

11:34 - 29 Noyabr 2022

"Lester"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi "Roma"nın transfer siyahısında yer alıb.

"Canavarlar" türkiyəli müdafiəçini heyətinə qatmaqda israrlıdır.

Romalılar qışda Türkiyə millisinin üzvünü transfer etmək üçün danışıqlar aparacaq. 

26 yaşlı müdafiəçi “Altınordu”, “Frayburq”da oynadıqdan sonra 2018-ci ildə “Lester”ə keçib.

Xatırladaq ki, Türkiyə millisinin müdafiəçisi Zeki Çelik də "Roma"da oynayır.

Xəbər xətti