Luis Enrike: "Final matçını oynamaq üçün 18-də Dohada görüşəcəyimizlə bağlı danışdıq"

İspaniya millisinin baş məşqçisi Luis Enrike Almaniya yığmasının çalışdırıcısı Hanse-Diter Flikdən danışıb.

Sportal.az "sport.es"ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra almaniyalı həmkarı ilə finalda qarşılaşacaqları barədə söhbət etdiklərini deyib:

"Fliki xüsusilə bəyənirəm. Çünki çox savadlıdır, futbol səviyyəsi də çox yüksəkdir. Üstəlik, komandadakı futbolçular da ona hörmətlə yanaşırlar. Finalda qarşılaşacağımızla bağlı razılaşdıq. Hamı bilir ki, Almaniya ilə yenidən qarşılaşmağın yeganə yolu turnirin finalındadır. Zarafat və ya ciddi, final matçını oynamaq üçün 18-də Dohada görüşəcəyimizlə bağlı danışdıq".

Tarix: 29 Noyabr [11:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Fevral 2023
31  Yanvar 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio