Xorvatiya millisi Qətərdəki dünya çempionatında iştirak etediyi üçün ölkə çempionatı da qış fasiləsinə vaxtından əvvəl yollanıb.
Sportal.az saytına verilən məlumata görə, millimizin və "Dinamo"nun hücumçusu Mahir Emreli də hazırda istirahətdədir.
Zaqreb klubu dekabrın 14-də toplanacaq. Yığmamızın hücumçusu da həmin vaxtı "Dinamo"nun toplanışında iştirak edəcək.
Bundan sonra isə paytaxt təmsilçisi təlim-məşq toplanışı üçün xaricə yollanacaq.
Xorvatiyada çempionat yanvarın 21-də bərpa ediləcək.
17 turdan sonra “Dinamo" 41 xalla ölkə çempionatına başçılıq edir.