"Qarabağ" və "Neftçi" klublarının veteran futbolçusu, sabiq məşqçisi Nazim Əliyev Sportal.az saytına açıqlama verib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 16-cı turunun "Neftçi" - "Qarabağ" görüşü haqda danışıb.
Onun sözlərinə görə, derbidə favorit komanda olmur: "Neftçi" və "Qarabağ" klubları arasında oyunlar hər zaman gərgin və maraqlı keçir. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyun maraqlıdır. "Qarabağ" son iki turda xal itirsə də, məncə, onlarda da vəziyyət yenə yaxşıdır. "Qarabağ"ı "Neftçi" ilə matçda böyük ehtimalla qələbə qane edəcək. "Neftçi" isə evdə oynayır. Onlar da uğurlu nəticə qazanmaq fikrində olacaq. Hər iki tərəfi qələbə qane edəcək. Necə alınacağını oyunun gedişatı göstərəcəlk. Derbidə favorit komanda olmur. Məncə, hər iki komanda qələbə üçün oynayacaq".
Mirbağırağa