"Ximki"nin futbolçusuna Azərbaycan pasportu verildi

16:55 - 1 Dekabr 2022

Rusiyanın “Ximki” klubunun üzvü Ayaz Quliyevə Azərbaycan millisində çıxış edə bilər.

Sportal.az "eurostavka.ru"ya istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə yerli pasportu verilib.

Bununla da, Ayazın AVRO-2024-ün seçmə mərhələsinin qrup oyunlarında millimizdə çıxış edəcəyi gözlənilir.

"Spartak"(Moskva) yetirməsi olan Quliyev "Anji", "Rostov", "Arsenal"(Tula) klublarında oynayıb. O, Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib. 

 

Xəbər xətti