"Səbail"in zədəliləri qayıtdı

14:49 - 2 Dekabr 2022

"Səbail" Misli Premyer Liqanın 16-cı turu çərçivəsində "Qəbələ" ilə üz-üzə gələcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bayıl təmsilçisi sabah oynanılacaq görüş üçün Qəbələyə yollanıb.

"Dənizçilər"in heyətində iki zədəli futbolçu da sıraya dönüb.

Ruslan Hacıyev və Ağabala Ramazanov zədələrini bərpa etdiiyinə görə komanda ilə birlikdə səfər oyununa yollanıb.

Xatırladaq ki, "Qəbələ" - "Səbail" matçı sabah saat 14:30-da start götürəcək.

Xəbər xətti