"Futbolumuzun tarixini dəyişdirə biləcək gecə olacaq"

Yaponiya millisinin yarımmüdafiəçisi Takefusa Kubo dünya çempionatının üçüncü turunda İspaniya üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Sportal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, yarımmüdafiəçi komandasının qrup mərhələsini birinci pillədə başa vurması barədə də danışıb:

"Avstraliya, Səudiyyə Ərəbistanı pley-offa çox yaxın idi.. Asiyanı qiymətləndirməmək olmaz. Heç kim İspaniya kimi böyük rəqib üzərində qələbə qazanacağımızı gözləmirdi. Ümid edirik ki, Xorvatiya ilə 1/8 final matçı tarixi axşam olacaq. Şübhəsiz ki, bu, futbolumuzun tarixini dəyişdirə biləcək gecə olacaq. Birinci hissədə ispanlardan xüsusi təhlükə hiss etmədim. İkinci yarıda planımızda pressinq var idi. Azarkeşlərin köməyi ilə biz burada ən azı bir matç daha qalırıq".

Xatırladaq ki, 1/8 finalda Yaponiya Xorvatiya ilə qarşılaşacaq.

Tarix: 2 Dekabr [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Fevral 2017
© 2012 - 2023 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio