"Lill"in hücumçusundan "Mançester Yunayted" açıqlaması

18:20 - 2 Dekabr 2022

"Mançester Yunayted"in transfer etmək istədiyi "Lill"in hücumçusu Conatan Devid açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Kanada millisinin üzvü bir gün Premyer Liqada oynamaq istədiyini bildirib:

 

"Bu mövzuda heç nə bilmirəm. Dünya çempionatında olarkən yalnız bu anların dadını çıxarırdım və turnirə köklənmişdim. "Mançester Yunayted"in mənimlə maraqlanıb-maraqlanmadığını bilmirəm. Amma Premyer Liqa dünyadakı ən yaxşı çempionatdır və hər kəs orada oynamaq istəyər".

 

Qeyd edək ki, Conatan Devid cari mövsümdə "Lill"in heyətində Fransa çempionatında meydana çıxdığı 15 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti