Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsi davam edir.
Sportal.az xəbər verir ki, bu gün mərhələnin daha iki oyunu baş tutub.
Günün ilk qarşılaşması Fransa və Polşa komandaları arasında keçirili. Son dünya çempionu Robert Levandovskinin kapitanı olduğu yığmanı məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Mundialın favoritlərindən olan İngiltərə isə Seneqalla üz-üzə gəlib. Qaret Sautqeytin çalışdırdığı komanda afrikalılara 3:0 qalib gəlib.
DÇ-2022, 1/8 final mərhələsi
Fransa - Polşa 3:0
Qollar: Jiru 43, Mbappe 76, 90+1
"El-Tumama" stadionu, Doha
Baş hakim: Xesus Valensuela (Venesuela)
İngiltərə - Seneqal 3:0
Qollar: Henderson 39, Keyn 45+3, Saka 57
"El-Bayt" stadionu, El-Haur
Baş hakim: İvan Barton (Salvador)