"Sumqayıt" qışda bir neçə legioneri ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov bəzi legionerlərin çıxışından razı deyil. Buna görə də, onlardan bir neçəsi ilə yollar ayrılacaq.
Onlardan biri isə Damiyan Daniçiçdir. Yayda komandaya cəlb edilən serbiyalı futbolçunun qışdan sonra "Sumqayıt"da qalmayacağı ehtimal edilir. Samir Abasov artıq serbiyalı legioneri əvəzedici heyətə göndərib.
Serbiyanın U-21 yığmasının sabiq üzvü ölkəmizə gələnə qədər "Dinamo"da(Zaqreb) oynamışdı.