DÇ-2022: Braziliya tarixi rekordunu təkrarladı

10:54 - 6 Dekabr 2022

Braziliya millisi tarixi rekordunu təkrarlayıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Cənubi Amerika təmsilçisi 68 ildən sonra yenidən mundialda birinci hissədə 4 qol vurub.

Onlar bunu DÇ-2022-nin Cənubi Koreya ilə görüşündə həyata keçirib - 4:1.

Braziliyalılar ilk dəfə isə DÇ-1954-ün Meksika ilə görüşündə bir hissəyə 4 qol vurmuşdu. Həmin görüş isə 5:0 hesabı ilə nəticələnmişdi.

Xatırladaq ki, 1/4 finalda Braziliya Xorvatiya ilə üz-üzə gələcək. 

Xəbər xətti