Yığmamız Slovakiya və Monteneqro ilə oynayacaq

15:53 - 7 Dekabr 2022

17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/2023-cü illər mövsümün ikinci mərhələsinin püşkü atılıb.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.

​B Liqasında qərarlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.

Xəbər xətti