İspaniya milli komandasının yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, "qırmızı furya"nı Luis de la Fuente çalışdıracaq. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə 12 dekabr tarixində rəsmi müqavilə imzalanacaq.
De la Fuente bunadək İspaniyanın U-21 yığmasına rəhbərlik edib.
Qeyd edək ki, Luis de la Fuente İspaniya yığmasının baş məşqçisi postunda bu gün istefaya göndərilən Luis Enrikeni əvəz edib.
saytlarin hazirlanmasi