"Qəbələ" Azərbaycan Kubokunun 1:4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin sullarını cavablandırıb:
- Komandamız oyuna yaxşı köklənmişdi. Məşq prossesində də, hiss edirdik. Həm bizlər, həm də sizlər oyundan zövq aldınız. Dinamika yaxşı idi. Beş gündən bir oynayacağıq. Hələ ki, kubokda az da olsa, şansımız qalır. Daha yaxşı bərpa keçib, qarşıdakı oyuna hazırlaşacağıq.
- Heç-heçə sürpriz oldu nəticə?
- "Qarabağ"a qarşı oyun baxımından komandam mənə sürpriz etdi. İstədiyimi futbolçulardan görürdüm. Uduza da bilərdik. Amam ümumi göstərdiyimiz performansı, komandanın əziyyətini heç-heçəyə dəyərləndirərdim. Oyundan razıyam. Bu gün baxımlı oynadıq.
- İlkin Qırtımovun zədəsi ciddidir?
- Xeyr. Sadəcə risk etmək istəmədik.
- "Qarabağ"ı keçə biləcəksiz?
- Şans varsa, sona qədər mübarizə aparmağa çalışmaq lazımdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə çıxaq. Amma "Qarabağ" cütün favoritidir.
- Səfər qolunun ləğvinə görə təəssüflənirsiz?
- Bu, bütün komandalara aiddir.
Mirbağırağa
saytlarin hazirlanmasi