"Baş məşqçi belə qərar veribsə, sorğu-sual edə bilmərəm" - MÜSAHİBƏ

10:20 - 9 Dekabr 2022

"Kəpəz"in müdafiəçisi, bir neçə gün əvvəl əvəzedici heyətə göndərilən Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib. O, Gəncə klubundakı durumundan danışıb.

- Bir müddət əvvəl klubun mətbuat xidmətində əvəzedici heyətə göndərilməyinlə bağlı xəbər yayılmışdı... 
Baş məşqçi dedi ki, get orada hazırlaş. Əvəzedici heyətdəki durumuma baxıb, çağıracaq. Bu, baş məşqçinin qərarı idi. Tam ətraflı özüm də bilmirəm. Amma belə oldu. Mən də məşqlərimi edirəm. Bilirsiz, vaxtı ilə mən elə əvəzedici heyətdən yüksək liqaya qalxmışam. Əvvəl əvəzedici heyətdə oynayırdım, daha sonra Premyer Liqada oynamağa başladım. İndi də, əvəzedici heyətlərin yarışında oynamaq mənim üçün problem deyil. Bugünkü gündə mənim üçün vacib olan məşqimi edib, oyunlara çıxmaqdır. Baş məşqçinin fikri, qərarı belədir, nə demək olar? Hörmətlə yanaşıram. Belə qərar veribsə, sorğu-sual edə bilmərəm.


- Hazırkı vəziyyətin necədir? Qışa qədər əvəzedici heyətdə oynayacaqsan? 
- Bəli, hər şey qaydasındadlr. Məşqlərimi edirəm. Əvəzedici heyətlə də Şamaxıya yollandım. Meydana çıxmadım. Düzü, bir az ağrılarım var idi. 10 günlük müalicə aldım. Amma belə, hər şey yaxşıdır.

- Mövsümün ilk oyunlarında əsas heyətin üzvü idi. Sonradan əsas heyətdən uzaq düşdün. Baş məşqçi dəyişikliyi "Kəpəz"dəki karyerana mənfi təsir etdi? 
Doğrudur, oyunlarda iştirak edirdim, oynayırdım. İndinin özündə də, şans gözləyirəm. Şans gələcəyi təqdirdə, hər zaman meydana çıxıb, komandam üçün əlimdən gələni etməyə hazıram. Həmişə də hazır olmuşam. Amma bu şans veriləcək, ya verilməyəcək, bunu artıq baş məşqçi bilər. Mən sadəcə gözləyirəm.

- Belə davam edəcəyi təqdirdə necə, qışda komandadan ayrılacaqsan? 
Təbii ki, bu dəqiqə oynamaq lazımdır. Oynamaq üçün özüm də darıxmışam. Bugünkü gündə "Kəpəz"lə müqaviləm var. Başqa komandala ilə danışığım da olmayıb, belə fikrim də yoxdur. Qış fasiləsi çatanda, danışacağıq, götür-qoy edib, ona uyğun da hərəkət edəcəm.

- Tərlab Əhmədovun gəlişindən sonra lomandanın oyunu sanki yaxşıya doğru gedir. Necə düşünürsən, "Turan Tovuz" səddini keçmək mümkün olacaq?
Komandanın oyununda ümumi dəyişiklik var. Bilirsiz, yeni komanda idik, bütün futbolçular yeni gəlmişdi, hamı bir-birini yavaş-yavaş başa düşməyə başlayırdı. Komandaya vaxt lazım idi. Get-gedə anlaşma daha yaxşı olacaq və nəticələr də gələcək. Allah qoysa, "Turan Tovuz"la matçlarda da uğurlu nəticə qazanaraq, yarımfinala adlayarıq.

Mirbağırağa

Xəbər xətti