"Turan Tovuz"un müdafiəçisi Eltun Turabov Sportal.az saytına müsahibə verib. 25 yaşlı futbolçu komandasının ölkə kuboku və Premyer Liqadakı çıxışını dəyərləndirib.
- Ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə “Kəpəz”ə qalib gələ bildi. Fasilədə nə dəyişdi ki, ikinci hissədə qollar vurub qalib gəldiz?
- Oyuna yaxşı başlamışdıq. İlk dəqiqədə qol şanslarımız var idi. Amma dəyərləndirə bilmirdik. Sonra qol buraxdıq. Buraxılan qoldan sonra imkanlarımız yenə oldu. Məncə, ikinci hissədə daha yaxşı oynadıq və qalib gəldik. Baş məşqçimiz hər matçda hansı rəqibə qarşı necə oynayacağımızı bildirir. Biz də, onu icra etməyə çalışırıq.
- Hesab 1:0 "Kəpəz"in xeyrinə olarkən, onların penaltidən fərqlənə bilməməsi qələbənizdə nə dərədəcə rol oynadı? Hər halda, Gəncə klubu hesabı 2:0 etsəydi, geridönüş çətin olardı?
- Düzdür, bəlkə də, qol olsaydı, başqa cür gedəcəkdi oyun. Amma kubokda mərhələ keçmək iki oyundan ibarətdir. Gəncədə uduzsaydıq da, heç nə bitməyəcəkdi. Çünki qarşıda ikinci görüş var. İlk oyunda qalib gəlmişik. Amma cavab oyununda da, meydana qələbə üçün çıxacağıq.
- Səfərdəki qələbə sizi yarımfinala nə qədər yaxınlaşdırdı? İşin neçə faizini həll etmisiz?
- Deyərdim ki, şanslar hələ də, 50/50-dir. Tovuzda çətin görüş olacaq. Cavab matçında da, yaxşı oynayaraq, mərhələni keçməyə çalışacağıq.
- “Kəpəz”lə cavab görüşündən əvvəl isə “Neftçi” ilə qarşılaşmağınız işinizi daha da çətinləşdirir?
- Çempionatda asan rəqib yoxdur. “Neftçi” çempionluğa oynayan komandadır. Amma bütün klublar hər oyunda xal qazanmaq istəyir. Ona görə də, düşünürəm ki, fərq etməyəcək, biz bu matçda da xal qazanmağa çalışacağıq.
- Ümumiyyətlə, “Neftçi”yə qarşı oyun haqda fikrin necədi? Bakıda onlarla 0:0 oynaya bilmişdiniz. Səncə, “Neftçi”dən bu dəfə Tovuzda xal ala biləcəksiz?
- Həqiqətən "Neftçi"yə qarşı çətin oyun olacaq. Çünki onlar son younda uduzublar. Tovuzda xal qazanmağa çalışacaqlar. Biz də layiqli mübarizə aparaq xal qazanmaq istəyəcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi