Ukrayna mətbuatı: "Rakitskinin Azərbaycanın nəhəng klublarından birinə keçməsi daha real variantdır"

14:53 - 11 Dekabr 2022

Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitski bir müddət əvvəl Türkiyənin “Adana Dəmirspor” klubundan ayrılıb.

Sportal.az "sport.ua" portalına istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin karyerasını Azərbaycanda davam etdirmək ehtimalı da var.

Ukraynalı həmkarlarımız Rakitskinin ölkəmizdə oynamaq ehtimalı haqda bunları qeyd edib: "Rakitski üçün yeni klub tapmaq asan olmayacaq. Burada bir çox amillər var - yaş, reputasiya, oyun formasında olmaq. O, Konoplyankadan fərqli olaraq, 15 min avroya Polşaya yollanmayacaq. Yaxın Şərq ölkələrində yaxşı maaş verirlər. Amma ora getməsi üçün yaxşı agentlərə sahib olmaq lazımdır.

Onun üçün Türkiyə, Kipr, Yunanıstan, Qazaxıstan və Azərbaycanın nəhəng klublarına keçmək daha realdır. "Ferentsvaroş" da Rakitskini heyətinə cəlb etmək istəyə bilər. Bunlar da alınmasa, müdafiəçinin Ukrayna Premyer Liqasına dönüşü də mümkündür".

Mirbağırağa

Xəbər xətti