"Ayaz Quliyev haqda eşitmişəm. Əvvəllər "Spartak"da oynadığını bilirəm. Amma haqqında geniş məlumata sahib deyiləm. Yaxşı və ya pis futbolçu olduğunu deyə bilmirəm. Lakin tanıdıqlarım onun yaxşı futbolçu olduğunu mənə bildirib. Yaxşı futbolçu milliyə həmişə lazımdır. Bugünkü gündə gücü varsa, Azərbaycan millisinə kömək edə bilər. Bu barədə çox düşünməmişəm. Millidə oynayacaq gücdədirsə, yaxşı səviyyədərisə, cəlb oluna bilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında İqor Ponomaryov deyib.
Azərbaycan milli komandasının sabiq baş məşqçisi son vaxtlar "Ximki"nin futbolçusu Ayaz Quliyevin yığmamızda oynamaq ehtimalına münasibət bildirib:
"Əgər, karyerasında eniş gedirsə, o qədər də, lazım olmaya bilər. Çünki bizim özümüzün futbolçuları var. Elvin Camalov, Aleksey İsayev kimi futbolçulara sahibik. Onlar millidə yetərincə uğurlu çıxış edə bilər. Hər halda, bütün suallara Ayaz özü cavab verə bilər".
Mirbağırağa