Rusiya millisinin veteran futbolçusu, "Dinamo"(Moskva), "Sportinq" (Xixon) klublarında oynamış Dmitri Çerışev son vaxtlar oğlunun "Sabah"a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az saytına danışan 53 yaşlı mütəxəssis hazırda "Venetsiya"da oynayan Denisin Azərbaycana gəlmək ehtimalının olmadığını söyləyib:
"Yayılan xəbər barədə mənə məlumat verdilər. Təbii ki, doğru məlumat deyil. Bu xəbərlər haradan çıxır, kim fikirləşir, bilmirəm. Bu barədə heç Denislə söhbətimiz olmayıb, yəqin ki, olmayacaq da. Oğlum hazırda "Venetsiya"da oynayır və bu klubla iki illik müqaviləsi qüvvədədir. Ona görə, bu haqda danışmağın mənası da yoxdur".
31 yaşlı futbolçu “Real”(Madrid), “Sevilya”, “Vilyarreal”, “Valensiya”dan oynadıqdan sonra bu yay “Venetsiya”ya keçib.
Mirbağırağa