Ölkə çempionatında 5 oyundur ki, məğlub olmayan "Şamaxı" qışda heyətini genişləndirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, bölgə klubu "Səbail"in yarımmüdafiəçisi Emin Zamanovu icarəyə götürmək niyyətindədir.
Artıq bununla bağlı danışıqlar başlayıb. Paytaxt klubunda az-az oynayan Zamanovun mövsüm sonuna qədər "Şamaxı"ya icarəyə veriləcəyi gözlənilir.
24 yaşlı yarımmüdafiəçi “Kəpəz”, “Turan Tovuz”, “Neftçi-2” klublarında oynayıb. O, U-17 və U-19 yığmamızın da üzvü olub.