"Neftçi" legionerləri ilə yollarını ayıra bilər

13:48 - 14 Dekabr 2022

Yayda "Neftçi"nin heyətində köklü dəyişikliklər ediləcək.

Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu yayda müqaviləsi başa çatacaq oyunçuların əksəriyyəti ilə müqavilə müddətini artırmayacaq. Klubla müqavilələri qüvvədə olan legionerlərdən isə göndərilənlər olacaq.

Ümidləri doğrultmayan Qilyerme Patonun qışda icarəyə veriləcəyi, yayda isə komandadan göndəriləcəyi gözlənilir. Braziliyalı bu ilin yanvarında "Neftçi"yə cəlb edilmişdi. Onunla yanaşı, aparıcı futbolçulardan Voyislav Stankoviçlə yayda müqavilə müddətinin uzadılmayacağı ehtimal olunur.

2019-cu ildən "Neftçi"də çıxış etən serbiyalının müqavilə müddəti 2023-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti