"Zirə"dən bir xal ala bildik. Amma biz meydana üç xal üçün çıxmışdıq. Yaxşı rəqibə qarşı oynadıq. Əslində, rəqibdən 75-80 dəqiqə üstün futbol nümayiş etdirdik. Ancaq son nöqtəni qoya bilmirdik. Əsas odur ki, uduzmadıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın təcrübəli futbolçusu Adil Nağıyev deyib.
Elvin Məmmədovun yoxluğunda Misli Premyer Liqasının 17-ci turunun "Zirə" ilə (0:0) görüşünə komandasını kapitan sarğısında çıxarmış Nağıyev matçın gedişində Hamidu Keyta ilə yaşanan mübahisəsindən söz açıb:
"Futbol aqressiv oyundur. Cəlal Hüseynov gənc futbolçumuzdur. Keyta onun sifətinə sillə vurdu, buna əsəbləşdim. Nə olsun biz gənc komandayıq, belə hərəkət yolverilməzdi. Mən də, Keytaya ona sərt etiramızı bildirdim. Cəlal kimi gənc futbolçular bizim gələcəyimizdi. Onlara dəstək olub dəyər verməliyik. Kənardan gələn hansısa gələn legioner belə hərəkət edə bilməz. Buna icazə də, verə bilmərəm".
Növbəti turda "Neftçi" ilə qarşılaşacaq "Şamaxı" bu oyunda da uğurlu nəticəyə ümid edir. Nağıyev özü belə deyib: "Biz hər oyuna ciddi hazırlaşırıq. Birinci dövrə yaxşı oynasaq da, nəticə olmurdu. İkinci dövrə həm yaxşı oynayıb, həm də, yaxşı nəticələr əldə edirik. Amma bununla kifayətlənmirik. Daha yaxşısını edə bilərik. Gənc komanda olsaq da, yaxşı potensialımız var. İrəliləyəcək gücdəyik. Bunun üçün məşqlərdə çox çalışırıq.
"Neftçi"yə qarşı oynayacağıq. Son zamanlar formadayıq. Bu oyunda yaxşı nəticə əldə etmək istəyirik. Artıq bütün komandalar bizi ciddi qəbul edir. Əvvəl belə deyildi. Oynadığımız futbolla bunu göstərmişik. "Neftçi" ilə oyunda yaxşı hazırlaşıb, yaxşı nəticə üçün oynayacağıq. Biz oyun baxımından heç kimdən geri qalmırıq. Əksinə üstün oynayırıq. Sadəcə gənc komadayıq deyə, son nöqtəni qoymağa təcrübəmiz çatmır".
Mirbağırağa