“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye yenidən Azərbaycanda oynaya bilər.
Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib. Haitili futbolçu hazırda Premyer Liqada yarışan iki klubla danışıqlar aparır.
Həmin klublardan biri paytaxt, digəri bölgə təmsilçisidir. Futbolçunun hazırda formasını geyindiyi “Olimpiakos”la (Nikosiya) müqaviləsi mövsümün sonunda başa çatacaq.