“Sumqayıt”ın futbolçusu Nihad Əhmədzadə Misli Premyer Liqasının 2022/23 mövsümündə meydana çıxan ən gənc futbolçu olub.
Sportal.az xəbər verir ki, XVII turun “Səbail”lə ev görüşünün 80-ci dəqiqəsində şans qazanan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə debüt edib.
O, “Zirə”nin futbolçusu Ramiz Muradova məxsus olan rekordu yeniləyib. Bakı təmsilçisinin futbolçusu 17 yaş 37 günlüyündə meydana çıxmışdı. Bu rekord 258 gün yaxşılaşdırılıb.
Qeyd edək ki, cari mövsümdə yalnız 4 futbolçu 18 yaşadək meydana çıxmağa nail olub.
1. Nihat Əhmədzadə (“Sumqayıt”) - 16 yaş 144 gün
2. Ramiz Muradov (“Zirə”) – 17 yaş 37 gün
3. Rüfət Abbasov (“Neftçi”) – 17 yaş 218 gün
4. Qurban Səfərov (“Şamaxı”) – 17 yaş 336 gün
5. Ağadadaş Salyanski (“Neftçi”) - 18 yaş 161 gün
saytlarin hazirlanmasi