Polşanın "Poqon" klubunun "Qarabağ"ın hücumçusu Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Şetsin təmsilçisinin 20 yaşlı forvard üçün ödəməyi planlaşdırdığı məbləğ müəyyənləşib. Polşalılar Azərbaycan millisinin üzvü üçün 350 min avro ödəməyə hazırdı.
Musa Qurbanlının "Qarabağ"la müqaviləsi 2024-cü ilin yayına kimidir.
Qeyd edək ki, "Poqon"Polşa çempionatında 17 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi