"Sumqayıt" qış transferlərinə hamıdan tez başlayıb.
Sportal.az saytına verilən məlumata görə, "kimyaçılar" heyətini afrikalı forvardla gücləndirib. Belə ki, Liberiya millisinin hücumçusu Terrens Tisdell "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb.
24 yaşlı forvard bir müddət idi ki, "gənclik şəhəri" təmsilçisinin düşərgəsində məşq edirdi. Karyerası ərzində "Fassel", "Sanxoanense", "Baroka", "Hapoel Petah-Tikva", "Kocaelispor" klublarında oynamış liberiyalının son komandası "Botoşani" idi.