Azərbaycan yığmasının üzvünü bu klub istəyir

14:25 - 18 Dekabr 2022

“Sabah” və U-21 yığma komandamızın müdafiəçisi Camal Cəfərovu qışdan sonra başqa komandada görə bilərik. 

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı futbolçunun “Şamaxı”ya icarəyə verilməsi gündəmdədir. 

Bölgə klubu yığmamızın üzvünü icarəyə götürmək üçün artıq “Sabah”la danışıqlara başlayıb. Mənbənin iddiasına görə, Masazır təmsilçisinin Cəfərovu başqa komandaya buraxmaq istəmədiyi bildirilir. 

Cəfərovun “Sabah”la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq. O, “Anji”nin futbol akademiyasında yetişib.

Xəbər xətti