"Elmar Baxşıyevin bunu bacarması azərbaycanlı məşqçilər adına məni qürurlandırır"

13:33 - 19 Dekabr 2022

"Qəbələ" "Qarabağ"a qarşı kubok və çempionat matçlarındakı mübariz oyunu və performansı ilə futbol ictimaiyyətini sevindirdi. Elmar Baxşıyevin bunu bacarması azərbaycanlı məşqçilər adına məni qururlandırır. Öz adımdan Elmar müəllimə məşqçilikdə daha böyük nailiyyətlər əldə etməsini arzulayıram. Bu onu göstərir ki, legioner məşqçilərə bolluqla verilən vaxtdın bir hissəsini yerli mütəxəssislərə tanısaydılar, indi bizim "Qarabağ"a bərabər bir neçə komandamız var idi. Təbii ki, burada çalışqan və nəticə verən məşqçilərdən danışırıq. Keçirilən ilk oyunlardan sonra hansısa komandanın cavab oyunlarında nəyi edə biləcəyini və yaxud bacarmayacağını demək çətindir".

Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol məşqçisi Adil Şükürov deyib.

"Zirə"nin keçmiş baş məşqçisi ölkə kubokunun 1/4 final mərhələsində mübarizə aparan komandalarımızın şanslarını dəyərləndirib: "Sabah"ın son turlarda göstərdiyi performans komandadakı enişdən xəbər verir. Adətən belə hallar çempionatın son turlarına yaxın gözlənilən olur. Amma bugün "Səbail"ə qarşı keçirilən görüş kubokdandır. Ölkə kuboku "Sabah" ilk titulunu qazana biləcəyi yarışdır. Mahmud Qurbanovun komandası ürək döyüntülərinin dioqraması kimi xətt cızır ki, bu komanda barəsində nəsə demək çətindir.

"Neftçi" üçün bu cür oyunlarla bürünc medallar qazanması da asan görünmür. Komandanın daxilində və azarkeşlərlə olan məsələlər də vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. "Zirə"yə gəldikdə, bu komanda öz şansını gözləyən, sbər edərək nəticə qazanan kollektivdir. Hər halda, ən maraqlı oyun məncə, yenə də, qərb derbisi olacaq ki, burada "Turan Tovuz" daha şanslı görünür".

Mirbağırağa

Xəbər xətti