"Ramon Maçado topu hara ötürəcəyimi bilirdi"

15:38 - 20 Dekabr 2022

"Qəbələ" – "Qarabağ" matçında ən yaxşı oynayan komanda qalib gəldi. Üç görüşdə də, “Qarabağ”a qarşı yaxşı oynamışdıq. Amma “Qarabağ” böyük hörmətə layiqdir”.

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Felipe Santos deyib.

Braziliyalı ölkə kubokunun 1/4 final mərhələsində "Qarabağ"ı keçərək yarımfinala vəsiqə qazanmaqlarını şərh edib. Ramon Maçadonun vurduğu qolun assistini edən Felipe oyundan öncə bu haqda danışdığını bildirib: 

"Biz hər zaman komanda yoldaşlarımızla müəyyən gedişatlar haqda danışırıq. Ramon Maçado topu hara ötürəcəyimi bilirdi. Bu, mərhələ keçməyimizdə də, önəmli rol oynadı".

Mirbağırağa

Xəbər xətti