"Turan Tovuz"un qapısına verilməyən penaltinin SƏBƏBİ

19:42 - 20 Dekabr 2022

"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Kəpəz"lə 2:2 hesablı heç-heçə edərək yarımfinala yüksəlib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində baş verən bir epizod müzakirələrə səbəb olub.

 

Matçın 90+7-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Sadiq Quliyev cərimə meydançasında rəqibin futbolçusu Mate Kvirkviyaya qarşı kobud oynayır. Görüşün baş hakimi Rəvan Həmzəzadə VAR-a baxdıqdan sonra penalti olmadığı barədə qərar verib. Bu, isə "Kəpəz" tərəfindən etirazla qarşılanıb. 

 

Əldə etdiyimiz məlumata görə, penaltinin təyin olunmamasının səbəbi Sadiq Quliyevin kobud oyunundan əvvəl "Kəpəz"in oyunçusunun topa əllə toxunaraq ötürmə verməsidir.

 

Həmin epizodun videosunu diqqətinizə çatdırırıq:

 

Xəbər xətti