Rauf Əliyev: "Əfrana deyirdim ki, məndən sonra sıra səndədir, Tərlanın xarakterində problem var" - MÜSAHİBƏ

15:44 - 22 Dekabr 2022

"Kəpəz"in forvardı Rauf Əliyev Sportal.az saytına müsahibə verib. Tərlan Əhmədovun gəlişindən sonra təcrübəli hücumçunun əvəzedici heyətə göndərilməsi qalmaqala səbəb olmuşdu. "Kəpəz-2"nin heyətində birinci divizion matçlarında meydana çıxan Əliyev 11 qolla bombardirlər sırasında ikincidir. Saytımıza danışan Rauf Gəncə klubunun baş məşqçisinin Əfran İsmayılovla yaşadığı problemlə də münasibət bildirib.

- Əsas komandadan göndərildikdən sonra əvəzedici heyətdə qollarını vurursan, 11 qolla bombardirlər yarışında ikincisən. Deyəsən, keçmişdə olanlara rəğmən motivasiyan yerindədir...
- Bəli, əvəzedici heyətdə oynasam da, motivasiyam öz yerindədir. Çalışıram ki, Xaliq Mərdanova kömək edəm. Bura gələndə danışığım olmuşdu. Bir-birimizi əvvəldən tanıyırıq, "Qarabağ"da birlikdə oynamışıq. Həmin vaxtı o futbolçu kimi karyerasının son illərini yaşayırdı. Əsas komandadan ayrıldıqdan sonra isə onunla danışığımız oldu, soz vermişdim ki, kömək edəcəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Görürəm ki, orada oynamağım uşaqlara da xoşdur. Həqiqətən maksimumu verirəm.

- Əvəzedici heyətlərin yarışı sənin üçün maraqlı gəlir? Komanda dördüncü pillədədir. Çempion olmaq şansınız var? 
Normal çempionat gedir. Həqiqətən maraqlı oyunlar olur. Düzdü, elə komandalar var ki, çox zəifdir. Elələri də var ki, çox yaxşı mübarizə aparır. Yaxşı oyunlar daha çoxdur. Düzünü desəm, mən bombardirlik və ya çempionluq haqda fikirləşməmişəm. İndi yuxarı pillələrdəyik, qarşıda çox oyun var.

- Artıq qış fasiləsi yaxınlaşır. Rəhbərliklə danışmısız? "Kəpəz"də qalacaqsan, yoxsa ayrılacaqsan? 
Rəhbərliklə 1-2 dəfə danışığımız olub. Onlara demişəm ki, buradayam, "Kəpəz"də. Müqaviləmin sonuna qədər məşqlərimi və oyunlarımı əvəzedici heyətdə yerinə yetirəcəm.

- Səndən sonra Tərlan Əhmədov Əfran İsmayılovla da problem yaşadı və onu əsas komandadan uzaqlaşdırıb. Yəqin ki, səndən sonra İsmayılovla bağlı bu cür hadisənin yaşanması gözlənilməz deyildi? 
Əfran İsmayılovla Gəncədə daim birlikdə oluruq. Əfrana İsmayılova deyirdim ki, məndən sonra indi sıra səndədir. Nə vaxtsa olacağını bildirmişdim. Hamı da bilirdi ki, onunla belə söhbətimiz olub. Çünki bəzi məqamlardan hiss edilirdi, görünürdü. Sonda da, Əfran da bu cür hadislə qarşılaşdı. Olacaqdı, görünürdü.

- Tərlan Əhmədovun futbolçulardan Tural Axundov un əli ilə pul yığması haqda nə deyəcəksən? Sən də pul vermisən, yoxsa heç vaxt olmayıb? 
Bəli, pul məsələsindən xəbərim var. Hamısı da doğru söhbətlərdir. Tərlan Əhmədovun gəlişindən sonra 1-2 məşqə çıxdım deyə, belə hadisə ilə qarşılaşmadım. Olsa da, heç kim məndən pul ala bilməzdi. Tərlan Əhmədov özü də yaxşı bilirdi ki, təcrübəli futbolçular üçün belə şeylər keçməyəcək. Ona görə də, vaxtında "dənləməyə" başladı. Dediyiniz də, olub. Hətta bir məqamı da deyim. Məsələn, cavan oyunçu meydana sonradan daxil olur və qalib gələndə ona mükafatın 75 faizi verilməlidir. Mükafat 500 manatdırsa, 350 manat ödənilməlidir. Amma Tərlan ona 50 manat verir, qalanını nə etdiyini bilinmir. Bunu orada hamı bilir, Allah şahiddir. Özü də, 50 manat mükafat verdiyi futbolçunu 25 manat cərimələyir. Yəni, 500 manatdan 25 manat mükafat ödənilir. Bu düzgün deyil və heç bir klubda belə şey ola bilməz. Başqa klublarda işlədiyi futbolçularla münasibətim var. Belə hallar dəfələrlə olub, hamı məlumatlıdır. Bunu etdiklərindən futbol ictimaiyyətindəkilərin xəbəri var. Tərlan Əhmədovun xarakterində problem var.

- Səncə, niyə baş məşqçi əsasən təcrübəlilərlə bu cür problem yaşayır?
Hara gedib belə problem yaşayıb. Hətta o vaxtı "Keşlə"yə gedən kimi Kamran Ağayevi də komandadan bu cür çıxarmışdı. Digər futbolçuları orda-burda qorxudurmuş ki, səni də Kamran kimi çıxararam komandadan. Belə söhbələr edirmiş. Tərlan haqda deyiləsi çox şey var. Çox problemlər var.

Mirbağırağa

Xəbər xətti