"Şükürlər olsun ki, Qəbələdən xalla qayıtdıq. Ağır matç olacağı aydın idi. Çünki hər iki komanda kubokda çətin görüşlərdən çıxmışdı. Qəbələdəki oyunun ədalətli nəticəsi elə 0:0 idi"..
Bu sözləri Sportal.az saytına açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Tərlan Quliyev deyib.
Misli Premyer Liqasının 18-ci turunda "Qəbələ" ilə 0:0 oynayan "Turan Tovuz" ili fasiləyə 6-cı pillədə yollandı. Qərb klubunun təcrübəli futbolçusu komandasının builki çıxışını dəyərləndirib:
"Qarşımıza məqsəd qoyulmayıb ki, 1-ci, 2-ci və ya üçüncü yeri tutaq. Yeni yaranmış kollektivik. Gücümü hara kimi çatacaqsa, ora qədər gedəcəyik. Ən əsası gözəl kollektivimiz var, məşqçilər və oyunçular arasında mehriban komandaya sahibik. Buna görə də, şadıq. Nəticəmiz bundan yaxşı da ola bilərdi, pis də. Ancaq bəzi reallıqlar var ki, onlarla barışmaq lazımdı. Çempionatda 6-7 komanda var ki, büdcəmiz onlardan azdır".
"Turan Tovuz" ölkə kubokunda finala adlamaq üçün "Neftçi" səddini keçməlidir. Tərlan komandasının yarımfinal şansları haqda belə danışıb: "Ölkə kubokunda yarımfinaldayıq. "Neftçi" ilə görüşlərə hələ çox vaxt var. İndi istirahətə ayrılırıq. Finala çıxsaq, çox sevinərəm".
Mirbağırağa