Mövsümün əvvəlində bir neçə transferi həyata keçirən "Səbail" onlarla yollarını ayırmaq haqda düşünür.
Sportal.az saytına verilən məlumata görə, paytaxt klubu artıq həmin legionerlərdən biri haqda qəti qərar qəbul edib.
Belə ki, Kizito Luvaqqonun müqaviləsinə xitam verilməsi gözlənilir.
"Səbail" onunla yayda bir illik müqavilə imzalamışdı.