Yayda heyətini bir neçə legionerlə gücləndirmiş "Səbail" onlardan bir neçəsi ilə yollarını ayıracaq.
Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi Maksim Çexlə yollarına davam etmək niyyətində deyil.
Yayda "Şaxtyor"dan icarəyə götürlümş 23 yaşlı futbolçu böyük ehtimalla geri göndəriləcək.
O, əvvəllər icarə əsasında "Mariopol"da da oynayıb.
Xatırladaq ki, paytaxt təmsilçisi Çexlə yanaşı Luvaqqo Kizitonunun müqaviləsinə xitam vermək istəyir.