"Ola bilsin ki, bütün pulumu alaraq ayrılım, razılıq əldə edilməsə, komandada qalacam"

12:53 - 28 Dekabr 2022

Azərbaycan milli komandasının sabiq üzvü Əfran İsmayılovun "Kəpəz"də qalıb-qalmayacağı hələ ki, dəqiq deyil.

Sportal.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov yarımmüdafiəçinin komandadan göndərilməsini istəyib. Təcrübəli futbolçu özü saytımıza açıqlamasında məsələ haqda danışıb:

"Kəpəz"lə məsələm hələ ki, bilinmir, qalıb. Hazırda səfərdəyəm. Gələndən sonra bütün məsələlər böyük ehtimalla dəqiqləşəcək. Ola bilsin ki, bütün pulumu alaraq ayrılım. Razılıq əldə edilməsə, komandada qalacam , əvəzedici heyətdə məşqimi edəcəm. Dəqiq bir söz deyə bilmirəm. Yaxın vaxtlarda hər şey dəqiqləşəcək".

Mirbağırağa

Xəbər xətti