"Səbail"in baş məşqçi postunda dəyişiklik edildikdən sonra bəzi legionerlərin komandada qalmasına qərar verilib.
Sportal.az saytına verilən məlumata görə, paytaxt klubunun sıralarını tərk edəcək legionerin adına aydınlıq gəlib.
Yayda komandaya cəlb edilmiş Qustavo de Fransaya ehtiyac duyulmayıb. Onunla yolların ayrılacağı ehtimal edilir.
26 yaşlı braziliyalı yayda Portuqaliyanın "Leykşoeş" klubundan "Səbail"ə keçmişdi.
Xatırladaq ki, komandadan ayrılacağı gözlənilən digər legionerlərin isə "Səbail"də qalacağı iddia edilir.