ÇSKA-da oynamış futbolçu Azərbaycana gələ bilər

14:30 - 29 Dekabr 2022

Xorvatiyanın “İstra” klubunun üzvü Sərdar Sərdarov Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib.

28 yaşlı yarımmüdafiəçiyə Premyer Liqamızın bir neçə klubundan təklif var. Onun yaxın vaxtlarda edilən təkliflərə konkret cavab verəcəyi, qışdan sonra Azərbaycanda oynayıb-oynamayacağına aydınlıq gətirəcəyi gözlənilir.

Sərdarov “İstra”ya məxsus olsa da, icarə əsasında “Aktobe”də çıxış edir. Onun Xorvatiya klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır.

ÇSKA (Moskva) yetirməsi olan futbolçu “Anji”, “Ural”, “Krılya Sovetov”, “Yenisey”, “Slaviya”(Sofiya), “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezokoşevd” klublarında oynayıb.

Xəbər xətti