"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli qışdan sonra karyerasını "Şamaxı"da davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, qış fasiləsinə Premyer Liqada 7-ci pillədə yollanan bölgə təmsilçisi 24 yaşlı yarımmüdafiəçi üçün "Qarabağ"la danışıqlara start verib.
Hələ mövsümün əvvəlində adıçəkilən futbolçu ilə danışıq aparmış "Şamaxı" istəyinə çatmamışdı. Klub İsmayıl üçün növbəti dəfə cəhd etmək qərarına gəlib. Əgər danışıqlar müsbət yekunlaşsa, millimizin üzvü mövsüm sonuna qədər "Şamaxı"da icarə əsasında oynayacaq.
Xatırladaq ki, "Qarabağ" İsmayılın müqavilə müddətini üç il yarım artırmışdı.