"Qəbələ" heyətini legioner futbolçu ilə gücləndirmək istəyir.
Sportal.az saytına verilən məlumata görə, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv "Turan Tovuz"da çıxış edən Natan Oduva ilə maraqlanır.
Bölgə klubu yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
İngiltərədə dünyaya gəlmiş Natan “Tottenhem”, “Luton”, “Reyncers”, “Kolçester”, “Olimpiya”(Lyublyana), “Veyle”, “Hapoel Hadera”, “Dundalk” klublarında oynadıqdan sonra Azərbaycana gəlmişdi. O, “Turan Tovuz”dan əvvəl “Şamaxı”nın formasını geyinib.