"Sumqayıt"ın yeni transferi Terrens Tisdell digər legionerlərdən fərqli olaraq ölkəsinə yollanmayıb.
Sportal.az saytına verilən məlumata görə, liberiyalı futbolçu Azərbaycanda qalıb.
Bir müddət əvvəl “Sumqayıt”la müqavilə imzalamış vinger Sumqayıtda qalaraq klubun bazasında gündəlik fərdi məşqlərini yerinə yetirir.
O, komandanın Türkiyə toplanışına qədər fərdi məşqlər edəcək. Sonra isə komanda ilə birlikdə Türkiyə toplanışına yollanacaq.
Xatırladaq ki, Tisdell son olaraq Rumıniyada “Botoşani” forması geyinmişdi.
saytlarin hazirlanmasi