Qışda Azərbaycan Premyer Liqasında yeni legionerlər peyda olacaq.
Sportal.az saytına verilən məlumata görə, "Rubin" və Moldovanın yarımmüdafiəçisi Valeriy Çuperka karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Mənbənin iddiasına görə, Çuperka Premyer Liqamızda mübarizə aparan iki klubumuza təklif edilib. Danışıqlar müsbət yekunlaşarsa, adıçəkilən futbolçu çempionatımızdakı növbəti moldovalı olacaq.
Klublarımızın da moldovalının xidmətində maraqlı olduğu iddia edilir.
"Akademiya Kişinyov" klubunun yetirməsi olan yarımmüdafiəçi “Krasnodar”, “Yenisey”, “Spartak”(Nalçik), “Anji”, “Tom”, “Baltika”, “Rostov”, “Tambov”, “Astana”, “Kuban” klublarında çıxış edib".