"Real" və PSJ-nin sabiq futbolçusu Xese Rodriqezin Azərbaycanda oynayacağı ilə bağlı xəbərlər yayılıb.
Sportal.az xəbər verir ki, onun “Sabah”da oynamaq ehtimalı olduğu iddia edilir.
Məsələ haqda ispaniyalının hazırda məxsus olduğu “Ankaragücü”nün rəsmisi ilə danışdıq.
Super Liqa klubunun idman direktoru Barış Emre Yıldız saytımıza açıqlamasında Xesenin komandadan ayrılmaq ehtimalının olmadığını bildirib: "Xesenin Azərbaycana yollanması? Hazırda belə məsələ gündəmdə yoxdur. Nəsə olsaydı, deyərdim".
29 yaşlı vingerin “Ankaragücü” ilə müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir.“Real” yetirməsi olan Xese PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”(Lissabon) klublarında oynayıb.