ÇSKA-nın sabiq üzvü Sərdar Sərdarovun Azərbaycanda oynamaq ehtimalının olması barədə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan klublardan biri "Səbail"dir.
Paytaxt klubu "İstra"ya malik olan futbolçunu icarəyə götürmək niyyətindədir.
Çünki onun Xorvatiya klubu ilə 2023-cü il iyunun 30-na qədər müqaviləsi qüvvədədir.
O, son olaraq “Aktobe”də icarə əsasında çıxış edib.
28 yaşlı yarımmüdafiəçi “Anji”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “Mezekoşevd”, “İnter”(Zapreşiça) klublarında oynayıb.