"Şaxtyor"un yetirməsi Premyer Liqa klublarının hədəfində

13:19 - 4 Yanvar 2023

Azərbaycanın U-21 yığma komandasının üzvü, “Araz Naxçıvan”ın yarımmüdafiəçisi Tuqay Əlizadə Premyer Liqada oynaya bilər. 

Sportal.az saytına verilən məlumata görə, yüksək liqa klubları “Səbail” və “Şamaxı” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Ancaq onun bu qış, yoxsa yayda adıçəkilən klublardan birinə keçəcəyi dəqiq bilinmir.

Məsələ burasındadır ki, Əlizadənin formasını geyindiyi “Araz Naxçıvan” da Premyer Liqaya vəsiqə qazanmaq üçün oynayır.

“Şaxtyor”(Donetsk) yetirməsi olan Tuqay Azərbaycana gələnə qədər “Mariopol” və “Kremin” klublarında da çıxış edib.

 

Xəbər xətti