Kadi Borqes "Qarabağ"ı tərk edib.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.
Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı. Braziliyalı yarımmüdafiəçi Azərbaycan klubunun heyətində meydana çıxdığı 74 rəsmi matçda 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.