"Sumqayıt"ın futbolçusu Vüsal İsgəndərli Şimali Makedoniyaya yollanası olmayıb.
Sportal.az saytına verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisinin üzvü Vüsal İsgəndərli "Şkendiya" ilə anlaşa bilməyib.
Məsələ burasındadır ki, futbolçu Şimali Makedoniya təmsilçisi ilə danışıq aparıb, amma maliyyə məsələlərində ortaq məxrəcə gələ bilməyib.
Xatırladaq ki, onun xidmətində Şimali Makedoniyanın digər klubu - "Şkupi" də maraqlıdır.