"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade komandada qalacaq.
Sportal.az saytına verilən məlumata görə, Kabo-Verde millisinin üzvü ilə ciddi maraqlanan klublar olsa da, Ağdam təmsilçisi 23 yaşlı yarımmüdafiəçini satmayacaq. Qurban Qurbanov Andradedə böyük perspektiv gördüyü üçün bu qərarı verib.
Baş məşqçi Andradenin "Krasnodar"a transfer olan Kadinin boşluğunu dolduracağına inandığı üçün gənc futbolçunun komandada qalmasını istəyib.
"Qarabağ" Leandronu 2022-ci ilin yanvarında Bolqarıstanın "Çerno More" klubundan 250 min avroya transfer edib.