"Doğrudur, Kadi "Qarabağ" üçün böyük fiqur idi. Amma nəzərə almaq lazımdır ki, əvəzolunmaz futbolçu yoxdur".
Bu sözləri Sportal.az saytına açıqlamasında Emin İmaməliyev deyib.
Ağdam klubunun veteran futbolçusu Kadi Borgesin "Krasnodar"a satılmasını şərh edib:
"Futbolçu karyerası belədir. Yaxşı təklif aldıqda, özünü digər çempionatlarda da yoxlamaq istəyirsən. İnanıram ki, "Qarabağ" Kadinin yoxluğunu hiss etdirməyəcək. Əlbəttə ki, oyunçu satmaq, klubun büdcəsini artırmaq yaxşı haldır. Kadidir, Vadjidir, diqqəti özünə cəlb etməyi bacarıb ki, "Qarabağ" bugünkü gündə onlara görə yaxşı klublardan dəvətlər alır. Bu, həm klub, həm də ölkə futbolçu üçün yaxşı haldır".
Xatırladaq ki, "Qarabağ" Kadi Borgesi "Krasnodar"a satıb.